Biləsuvarda qazıntı işi zamanı qaz xətti zədələnib, iki kənd mavi yanacaqsız qalıb

Biləsuvar rayonunda qazıntı işi aparılarkən qaz xəttinin zədələnməsi nəticəsində iki kəndin qaz təchizatında fasilə yaranıb.

“Report”un Muğan bürosunun məlumatına görə, rayonun Arazbarı kəndində internet xətti çəkən şirkət tərəfindən aparılan qazıntı işinin gedişində polietilen qaz xətti zədələnib.

Qaz sızması ilə əlaqədar rayonun Səmədabad və Arazbarı kəndlərində 550 abonentinin qaz təminatı dayandırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *