Paşinyan parlamentdə danışdı: “Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik”

“Ermənistan hökuməti Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edir”.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdə baş nazir Nikol Paşinyan bəyan edib.

“Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik, onların hamısı üzrə razılaşdırılmış məzmun var”, – deyə o qeyd edib.

Paşinyanın fikrincə, Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməz, ona görə də artıq razılaşdırılanları imzalamaq lazımdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *