Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlu Almaniyadan Azərbaycana ekstradisiya olunub.

Bu barədə report-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib:

“Allahverdi Məmmədovun dələduzluq, rüşvət verməyə təhrik etmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkil etməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.”

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *