Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
 
Median.Az xəbər verir ki, bu barədə Report-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
 
“Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *