Azərbaycanda dəmiryol vağzalında intihara CƏHD: Polis qarşısını aldı

Xaçmazda intihara cəhd hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam Xaçmaz dəmiryol stansiyasının ərazisində baş verib.

Rayon sakini olan qadın özünü öldürmək üçün relslərin üzərindəki yerüstü keçidə çıxıb. O özünü həmin keçiddən qatarın qarşısına atmaq istəyib.

Lakin ərazidə olan polis əməkdaşları qadının bu əməlinin qarşısını alıblar.

Qadının hansı səbəbdən özünü öldürmək istəməsi isə hələlik bəlli deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *