Mahir Emrelinin komandası məğlub olub

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu “Nürnberq” növbəti matçında məğlub olub.

Nürnberq şəhərinin təmsilçisi evdə “Herta” klubu ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının hücumçusu matçın 39-cu dəqiqəsində meydana daxil olmaqla “Nürnberq”də debütünü rəsmiləşdirib. O, zədələnərək meydanı tərk edən Benyamin Qolleri əvəzləyib.

Qeyd edək ki, M.Emrelinin komandası VII turda səfərdə “Hannover”in qonağı olacaq.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *