Xocəsəndə baş verən güclü yanğın söndürülüb – VİDEO (YENİLƏNİB)

“Binəqədi rayonu, Xocəsən qəsəbəsində baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar”.

Bununla bağlı oxu.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış evlərinin yaxınlığında məişət tullantılarının yandığı müəyyən edilib:

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

* * * * *

Bakının Binəqədi rayonun Xocəsən qəsəbəsində güclü yanğın başlayıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *