Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA

“Xocalı prospektində avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”.

Bu barədə oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil.

Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Xocalı prospektində aparılan yeni xətlənmələrin sürücülərin narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *