Gədəbəydə evdə partlayış olub, gənc qadın xəsarət alıb

Gədəbəy rayonunun Parakənd kəndində vanna otağında qaz sızmasından partlayış olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü A.Cəfərova ağır yanıq xəsarətləri alıb.

O, əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, sonra Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb.

A.Cəfərovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *