Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb

Qaxda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. Qəza zamanı bir nəfər – rayonun Şotavar kənd sakini 1995-ci il təvəllüdlü Bilal Paşa oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

B.Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki RMX-yə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *