SEPAH komandiri Suriyada öldürüldü

İsrailin Dəməşqin (Suriya) Ələmzeh bölgəsinə aviahücumu nəticəsində İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabiti öldürülüb.

Bu barədə “Al-Arabiya” xəbər kanalı İsrail mediasına istinadən məlumat yayıb.

Qeyd edək ki, İsrail döyüş təyyarələrinin Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yaxınlığındakı iqamətgaha zərbə endirməsi nəticəsində ən azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *