Beyləqanda motosikletlə hərəkət edən gənci avtomobil vurub

Beyləqanda motosikletlə hərəkət edən gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1997-ci il təvəllüdlü Vəliyev Rahib Rafiq oğlu motosikletlə hərəkətdə olarkən arxadan gələn avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *