Şəmkirdə ağır qəza: Avtomobillərdən biri yandı

Şəmkirdə avtomobillərdən birinin yanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın məlumatına görə, qəza rayonun Çənlibel kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ və “Ford” markalı iki minik avtomobili toqquşub və nəticədə VAZ-ın yanar hissələri yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Şəmkir rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Digər avtomobil yanğından mühafizə olunub, yanğın söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *