Sumqayıtda küçədə naməlum kişi meyiti aşkarlanıb

Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) meyiti aşkarlanıb.

Report-un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *