Alatava qəsəbəsində qanunsuz aparılan söküntü işləri zamanı iki nəfər xəsarət alıb

“Bakının Yasamal rayonunun Birinci Alatava yaşayış massivində xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20 oktyabr saat 13:30-da Yasamal rayonu, Alatava ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb” , – deyə məlumatda bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *