Voleybol üzrə milli komandalarımız dünya reytinqində geriləyib

Voleybol milliləri üzrə dünya reytinq cədvəlində Azərbaycan seçmə komandalarının da mövqeyi bəlli olub.

Qadın voleybolçulardan ibarət millimiz 108.95 xalla dünyanın 35-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisədə 4 pillə geriləyib.

Qadın millilərin cədvəlinə İtaliya yığması başçılıq edir. Onların aktivində 437.03 xalı var. Onları Braziliya izləyir (407.09 xal). Üçlüyü ABŞ qapayır – 362.27 xal.

Kişilərdən ibarət komandamız da mövqeyini dəyişib. Seçmə komandamız 22.31 xalla 82-ci pilləyə enib. Onlar 7 rəqibini özlərindən irəli buraxıblar.

İlk üçlük dəyişməz qalıb. Polşa (401.31) liderliyini qoruduğu halda, Fransa (378.07) ikinci pilləyə yüksəlib. ABŞ (365.87) isə üçüncüdür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *