Bir qonaqlıq, 0.7 litr araq… – Heyvan bazarında qumar oyandılar, cərimə edildilər

Göygöl rayonundakı heyvan bazarında qumar oynayan 7 ticarətçi saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxslər bazarda qoyun, quzu, inək və hətta kartof satan ticarətçilər olub.

Onlar bazarda “VAZ 2106” markalı avtomobildə qumar oynayıblar. Saxlanılan şəxslər 3 qrupa bölünüb və 3 oyun “duraki” oynayıblar. Şərtə görə uduzan komandalar qonaqlıq verməli imiş. Bonus kimi 0.7 litr araq da hədiyyə etməli imişlər.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3.000 min manat cərimə ediliblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *