Azarkeşlərə kənar əşya atan iki futbolçu cəzalandırıldı

I Liqada çıxış edən “İmişli” klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün ikioyunluq cəzalanıb.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

İdris İnqilablı və Bahadur Həziyev V turda “Karvan”la matçda fanatlara kənar əşya atıblar.

“İmişli” onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.

Qeyd edək ki, qarşılaşma “Karvan”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *