Lukaşenko prezidentliyə namizədliyini açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Median.Az xəbər verir ki, bunu Kazanda Aleksandr Lukaşenkodan müsahibə götürən rusiyalı jurnalist Olqa Skabayeva deyib.

“Lukaşenko yeni müddətə namizəd olmaq qərarına gəlib”, – Skabayeva bildirib.

Skabayeva deyib ki, Lukaşenkodan yanvarda keçirilən prezident seçkilərində namizəd olub-olmayacağını soruşub.

“Bəli Olya, prezident seçkisinə gedəcəyəm”, – Lukaşenko bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *