Tovuza qonaq gedən iki qardaş faciəli şəkildə öldü

Tovuza qonaq gedən iki qardaş dəm qazından boğularaq ölüb.

Oxu.az-ın məlumatına görə, Tovuz rayon Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.

Gecə hər iki şəxs dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *