İlin sonuna və gələn ilə proqnozlaşdırılan inflyasiya dərəcəsi AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş oktyabr proqnozlarına görə, ölkədə illik inflyasiya 2024-cü ilin sonuna 5,1%, 2025-ci ilin sonuna isə 5,8% olacaq.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *