Premyer Liqa: “Zirə” növbəti qələbəsini qazanıb

“Zirə” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

“Report”un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv XII turda “Şamaxı”nın qonağı olub.

Qarşılaşma paytax təmsilçisinin qalibiyyəti ilə bitib – 2:0. 33-cü dəqiqədə Junior Martins, 63-cü dəqiqədə Ruan Renato fərqlənib.

Qələbə sayəsində xallarını sayını 20-yə çatdıran “qartallar” hələlik dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla altıncı sıradadır.

Qeyd edək ki, ötən gün “Neftçi” evdə “Araz-Naxçıvan”a uduzub – 0:1. “Turan-Tovuz” – “Qarabağ” matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də gerçəkləşəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *