Gəncədə məktəbdə təmir aparan usta yıxılaraq xəsarət alıb

Gəncə şəhərindəki orta məktəblərin birində təmir-bərpa işləri aparan, 1984-cü il təvəllüdlü şəhər sakini N. Nəsibov iş zamanı məktəbin damından yıxılıb.

O, qapalı kəllə-beyin travması, döş qəfəsinin qapalı travması alıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *