Misirdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

Misirin şərqində Süveyş kanalı yaxınlığında hərbi helikopterin qəzaya uğraması nəticəsində Hərbi Hava Qüvvələrinin iki zabiti həlak olub.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Qərib Əbdül Hafiz məlumat verib.

“Helikopter Şaluf bölgəsində (Süveyş kanalının sahilində yerləşir – red.) Hərbi Hava Qüvvələrinin planlı təlimi zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində iki zabit həlak olub”, – Misir ordusunun nümayəndəsinin “Facebook”da paylaşdığı bəyanatında qeyd olunub.

İlkin məlumata görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *