Rusiyanın Gümrüdəki baş konsulu vəfat edib

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki baş konsulu Ruslan Kandaurov vəfat edib.

Median.Az-ın “Sputnik”ə (Ermənistan) istinadən məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı Səfirliyi xəbər yayıb.

Bildirilir ki, R.Kandaurov 2020-ci ilin dekabrından baş konsul vəzifəsində çalışıb. O, 1996-cı ildən diplomatik xidmətdə olub.

R.Kandaurovun ölüm səbəbi açıqlanmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *