Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 16 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Qara və Hakurk bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.

Eyni zamanda Suriyanın şimalındakı “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində 6 PKK/YPG üzvü öldürülüb.

Nazirlikdən vurğulanıb ki, ən sonuncu terrorçu öldürülənədək mübarizə davam edəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *