Braziliya klubu Neymarla danışıqlara başladı

“Əl-Hilal”ın braziliyalı ulduzu Neymar karyerasını ölkəsində çıxış edən “Santos” klubunda davam etdirmək qərarına gəlib.

Median.Az “Goal”a istinadən xəbər verir ki, Neymarın uzunmüddətli zədəsi “Əl-Hilal” rəsmilərinin futbolçu ilə yolları ayırmaq istəməsinə səbəb olub.

Braziliyanın “Santos” klubunun rəsmiləri isə Neymarın komandaya qatılmasını istədikləri üçün danışıqlara başlayıblar.

Qeyd edək ki, Neymarın “Əl-Hilal”la müqavilə müddəti 2025-ci ilin iyul ayında başa çatır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *