Rusiyalı ikiqat dünya çempionu vəfat edib

Müasir beşnövçülük (pentatlon) üzrə ikiqat dünya çempionu Eduard Sdobnikov vəfat edib.

Bu barədə Rusiya Müasir Pentatlon Federasiyası məlumat yayıb.

Keçmiş idmançının 87 yaşında öldüyü bildirilib.

SSRİ-nin Əməkdar idman ustası 1962-ci ildə Meksikada fərdi və komanda yarışlarında qızıl medal qazanıb. O, həm də ikiqat SSRİ çempionudur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *