Lökbatanda fəhlə hündürlükdən yıxılaraq ÖLDÜ

Bakıda tikintidə faciəli hadisə baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Bakının Lökbatan qəsəbəsində qeydə alınıb.

Orada inşa edilən binaların birində fəhlə işləyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü Əlisahib Siruz oğlu Hüseynov yıxılaraq xəsarət alıb.

Aldığı xəsarətdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Ə.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *