Bu “iPhone”larda “Whatsapp” öz fəaliyyətini dayandıracaq

WhatsApp dəstəyi sona çatacaq iPhone modellərinə yeni cihazlar da əlavə edilib.

Bəzi iOS istifadəçiləri WhatsApp-a daxil olduqda dəstəyin dayandırılacağına dair mesaj aldıqlarını bildiriblər.

Uzun illər həm Android, həm də iOS cihazlarını dəstəkləyən WhatsApp, 2025-ci ilə qədər bir çox telefon dəstəyini dayandıracaq.

Siyahı yalnız ötən həftələrdə açıqlansa da, maraqlısı odur ki, bəzi istifadəçilər artıq WhatsApp-dan xəbərdarlıq mesajları almağa başladıqlarını bildirdilər.

Müvafiq olaraq, iOS 15.1-dən əvvəl iOS versiyalarından istifadə edənlər, tətbiqə daxil olmaq istəsələr belə, gələn ildən etibarən WhatsApp-ı işlədə bilməyəcəklər.

WhatsApp hazırda iOS 12 və sonrakı versiyaları dəstəkləyir. Bununla belə, tətbiqin gələn il işləməsi üçün ən azı iOS 15.1 olmalıdır.

WhatsApp tərəfindən göndərilən xəbərdarlıq mesajında bu modellərə dəstəyin 5 may 2025-ci il tarixində dayandırılacağı bildirilib. Bu dəyişiklik əsasən köhnə iOS versiyaları olan iPhone 5s, iPhone 6 və iPhone 6 Plus istifadəçilərinə təsir edəcək.
//azxeber.com

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *