İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı

İkiqat Olimpiya çempionu, velosipedçi Remko Evenepul qəzaya uğrayıb.
 
O, ölkəsi Belçikada məşq zamanı mikroavtobula toqquşub.
 
24 yaşlı idmançı çiynindən və qolundan ciddi xəsarət alıb.
 
Qeyd edək ki, R.Evenepul Fransada keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında fərdi və qrup yarışlarında qızıl medal qazanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *