Sumqayıtda yol-nəqliyyat hadisəsi olub: Ölən var

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.

Belə ki, sürücü Anar Əlirza oğlu Pənahov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *