Masazır qəsəbəsində QANLI CİNAYƏT: Dörd uşaq anası öz həyat yoldaşını bıçaqlayıb?

Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksində qətlə yetirilən və qətli törətməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.

Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə bıçaqlanıb. Qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan Ayxanı xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda həyatını itirib.

Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva isə şübhəli şəxs qismində tutulub.

Qeyd olunur ki, onların dörd azyaşlı övladı var.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *