Neftçilər prospektində baş verən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ – VİDEO

Paytaxtda avtomobil sıxlığına səbəb olan növbəti yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *