Tovuzda yanacaq çənini doğrayan zaman partlayış olub – Xəsarət alanlar var

Tovuzda partlayış olub.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb.

Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub.

Nəticədə iki nəfər xəsarət alıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin və huquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *