Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Median.Az “Report”a istinadən xəbər verir ki, 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədar açılacaq.

Bu səbəbdən, dekabrın 11-də saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *