Bakıda ortaaylıq əməkhaqqı 7%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 252,7 manat təşkil edib.

Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3% artıb.

Qeyd edək ki, doqquz ayda Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 993 manat təşkil edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *