Göygöldə avtomobil aşıb – Ölən var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndi ərazisində qeydə alınıb.

VAZ-2121 (“Niva”) avtomobilinin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan iki nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzada ölən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *