Yamal nə vaxt yaşıl meydanlara qayıdacaq?

“Barselona”nın mətbuat xidməti İspaniya çempionatının 17-ci turunda “Leqanes”lə (0:1) oyunda zədələnən Kataloniya komandasının cinah oyunçusu Lamin Yamalın vəziyyəti ilə bağlı açıqlama yayıb.

Oyunçu sağ topuq nahiyəsindən zərbə alıb.

Bazar ertəsi keçirilən testlər onun topuq bağlarının zədələndiyini göstərib.

“Futbolçunun üç-dörd həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir”, – klubun “X” hesabındakı açıqlamasında deyilir.

Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *