Bakıda yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Qaradağ rayonunda 15 yaşlı qız yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Fatimə Faiq qızı Alıyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *