Beyləqanda ərlə arvadı zəhərləndilər, kişi öldü

Beyləqanda ər və arvadı dəm qazından zəhərləniblər.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov dəm qazından zəhərlənərək ölüb, arvadı, 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *