Traktor aşdı, 17 yaşlı sürücü öldü

Qazaxda yol-nəqliyyat hadisəsi olub, ölən var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sükan arxasında olan 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *