Xaçmaza yeni polis rəisi təyin olunub

Xaçmaz rayonuna yeni polis rəisi təyin olunub.

Median.Az “Report”a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Samir Məcidov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.

Qeyd edək ki, Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Həmid Həsənov isə digər əmrlə xidmətdə olmanın son həddi ilə əlaqədar təqaüdə göndərilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *