Masallıda yanğın: Xəsarət alan var

Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 90 kvadratmetr olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 62 kv.m sahədə və dam örtüyünün taxta atmaları 50 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *