Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib

Xəbər verdiyimiz kimi, dekabrın 25-də yerli vaxtla saat 11:30-da Bakıdan (Azərbaycan) Qroznıya (Rusiya) uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. 
 
Median.Az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, aparılan xilasetmə əməliyyatları nəticəsində 3-ü azyaşlı olmaqla 29 nəfər xilas edilərək Aktau şəhərinin tibb müəssisələrinə yerləşdirilib. 
 
Yenilənmiş məlumatlara görə, 38 nəfərin cəsədi tapılaraq Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinə aparılıb. 7 nəfərin cəsədi isə şəxsiyyəti müəyyən edilərək aidiyyatı qurumlara təhvil verilib.
//azxeber

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *