Ağstafada yeniyetmə dəm qazından zəhərlənib

Ağstafada zəhərlənmə hadisəsi baş verib.

Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü S.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Hacıyeva dəm qazından yaşadığı evin hamamında zəhərlənib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *