Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir

Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu gələcək planlarını açıqlayıb.

Ulduz futbolçu bu barədə bütün zamanların ən yaxşı bombardiri olaraq mükafat aldığı “Globe Soccer Awards” mərasimində danışıb:

“Mən heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox! Bəlkə klub sahibi. Bu məqamdan, düzgün imkanlardan asılı olacaq.

Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma sözlərimi qeyd edin: mən böyük klubun sahibi olacağam”.

Qeyd edək ki, 39 yaşlı portuqaliyalı 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib. O, ötən il də bu nominasiyanın qalibi olmuşdu.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *