Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb

Abşeronda piyada ölümü ilə nəticələnən avtoqəza olub.

Median.Az “Report”a istinadən xəbər verir ki, Xırdalan şəhərində Əfsanə Hidayətzadə idarə etdiyi BMW markalı avtomobillə piyada – 1974-cü il təvəllüdlü Məlahət Məhərrəmovanı vurub.

Piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *