“Fənərbağça” “Frankfurt”un braziliyalı futbolçusu ilə razılaşdı

Türkiyənin “Fənərbağça” klubu “Ayntraxt Frankfurt”da çıxış edən 25 yaşlı braziliyalı müdafiəçi Tuta ilə razılıq əldə edib.

“Bülbüllər” futbolçu üçün Almaniya klubuna 2 milyon avro ödəməli olacaqlar.

Qeyd edək ki, Tuta bu mövsüm “Frankfurt” forması ilə 22 oyunda meydana çıxıb, bir qolla yadda qalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *