ABŞ-nin məşhur telekanalında kütləvi ixtisar: Dünya üzrə əməkdaşlarını işdən azad edəcək

ABŞ-nin dünyaca məşhur CNN telekanalı işin optimallaşdırılması planları fonunda kütləvi ixtisar barədə elan edib.

Bu barədə Median.Az Mk.ru-ya istinadən xəbər verir.

Məlumata görə, iş kursunun onlayn auditoriyaya yönləndirilməsi ilə əlaqədar bütün dünyada əməkdaşların ixtisarı aparılacaq. Həmçinin, şirkət bir sıra şouların çəkilişlərini Nyu-York və Vaşinqtondan Atlantaya köçürməklə xərcləri azaltmaq imkanını da nəzərdən keçirir.

“İxtisarlar CNN-in müqavilə əsasında işləyən ən məşhur adlarına təsir etməyəcək”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, hazırda CNN-in dünya üzrə şöbələrində təxminən 3 500-ə yaxın işçi çalışır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *